Tibb bacısı (qardaşı) işi
Kompetensiya əsaslı kurikulum klinik praktika, ünsiyyət bacarıqları, etik prinsiplər və yüksək keyfiyyətli tibb bacısı və ya qardaşı xidmətini vahid şəkildə inteqrasiya edən yanaşmaya əsaslanır.
Tibb bacısı (qardaşı) işi ixtisasına ümumi baxış:
Dərəcə: Tibb bacılığı və qardaşlığı üzrə bakalavr
Müddət: 4 il, əyani təhsil
Tədris dili: Azərbaycan / ingilis dilləri
Təhsil modeli:
4 illik inteqrasiya olunmuş kurikulum
İlkin səhiyyə xidməti (PHC), icma tibb bacılığı, geriatrik qayğı, psixi sağlamlıq və interdisiplinar əməkdaşlığa güclü fokus
Ixtisasın məqsədi
İxtisas fərdi, ailə və icma səviyyəsində sağlamlığın təşviqi, qorunması və bərpası istiqamətində humanist, holistik və sübuta əsaslanan yanaşmanı tətbiq edən, eyni zamanda mərhəmətli və kompetent tibb bacılığı mütəxəssislərinin hazırlanmasını hədəfləyir.
1-ci kurs, 1-ci semestr
Tədris olunan fənlər |
|
|---|---|
| HIS101- Azərbaycan tarixi və mədəniyyəti | |
| IE101- İntensiv ingilis dili | |
| PE101- Praktiki ingilis dili | |
| Blok 1.1- Tibb və Sağlamlıq Elmlərinin Əsasları: Hüceyrə, toxuma, orqan, sistem, orqanizm, hərəkət-aparıcı sistem və dəri | |
| Blok 1.2- Tibb və Sağlamlıq Elmlərinin Əsasları: Qan, immunitet, tənəffüs və ürək-damar sistemləri |