Fənnin tədris edildiyi dil
English and Azerbaijani
Fənnin təsviri
Bu blok uşaqlıq dövründə rast gəlinən əsas xəstəlikləri və onların profilaktikasını, həmçinin ailə və icma əsaslı müşahidə, sağlamlığın qiymətləndirilməsi, məlumatların toplanması və qayğı fəaliyyətlərini əhatə edir. Eyni zamanda uşaq sağlamlığı sahəsində icma əsaslı tədqiqat bacarıqları gücləndirilir.
Tədris prosesi İnsan anatomiyası və tibbi terminologiya, normal fiziologiya, tibbi biokimya, tibbi mikrobiologiya və immunologiya, patologiya, farmakologiya, təcili tibbi yardım, daxili xəstəliklər, ümumi cərrahiyyə, qastroenterologiya, uşaq sağlamlığı və pediatriya, mamalıq və ginekologiya, anesteziologiya və reanimasiya, radiologiya və nüvə təbabəti, kardiologiya, pulmonologiya, dermatologiya–venerologiya, nevrologiya, psixiatriya və ictimai səhiyyə fənləri üzrə baza biliklərinin inteqrasiyası əsasında həyata keçirilir.