Təqaüdlər

Dövlət təqaüdü

110 manat

Dövlət sifarişi əsasında qəbul olunan bütün tələbələr universitetdə akademik göstəricilərini qənaətbəxş səviyyədə saxladıqları halda aylıq 110 manat məbləğində dövlət təqaüdü alırlar.

Həvəsləndirici təqaüd

160 manat

Bu təqaüdə namizədlər əvvəlki semestr üzrə ən azı 71% orta akademik göstəricini təmin etməli və universitetdə akademik vəziyyətlərini qənaətbəxş səviyyədə saxlamalıdırlar. Təqaüd üçün ilk uyğunluq hüququ əvvəlki semestrin yekun imtahanlarından sonrakı aydan başlayır. Orta göstəricisi 71%-dən aşağı olan tələbələr növbəti semestr üzrə bu təqaüdü almaq hüququna malik olmurlar.

Əlaçı tələbə təqaüdü

200 manat

Bu təqaüdə layiq görülmək üçün tələbələr əvvəlki semestr üzrə ən azı 91% orta akademik göstəricini təmin etməli və universitetdə akademik vəziyyətlərini qənaətbəxş səviyyədə saxlamalıdırlar. Təqaüd üçün uyğunluq hüququ əvvəlki semestrin yekun imtahanlarından sonrakı aydan başlayır. Orta göstəricisi 91%-dən aşağı olan tələbələr növbəti semestrdə bu təqaüdü almaq hüququnu itirirlər.

Prezident təqaüdü

350 manat

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 tələbə üçün hər biri 350 (üç yüz əlli) manat məbləğində Prezident Təqaüdü təsis edilir. Prezident Təqaüdü cari tədris ilinin birinci semestri üçün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında təyin olunur. Növbəti semestrlər üzrə həmin tələbələrin təqaüdünün davam etdirilməsi haqqında qərar ali təhsil müəssisəsinin təqdimatı və tələbələrin akademik göstəriciləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilir.

Gələcəyin müəllimi təqaüdü

100 manat

İxtisas seçimi zamanı müəllimlik ixtisasını birinci və ya ikinci seçim kimi göstərən və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500-dən çox bal toplayan namizədlər bu təqaüdə müraciət etmək hüququ qazanırlar. Təqaüd hər tədris ili üzrə ən yüksək nəticə göstərmiş 300 tələbəyə yalnız birinci və ikinci kurslar ərzində verilir və tələbələrin universitetdə akademik vəziyyətlərini qənaətbəxş səviyyədə saxlamaları şərti ilə ödənilir.

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.