Tələbə xidmətləri

Students walking in the corridor of the KU main building

Sizin yanınızdayıq!

Qarabağ Universitetində siz heç vaxt tək deyilsiniz. Kampusdakı ilk gününüzdən etibarən və bütün akademik yolunuz boyunca dəstək xidmətlərimiz uğur qazanmağınıza, özünüzü təhlükəsiz hiss etməyinizə və universitet təcrübəsindən maksimum fayda götürməyinizə kömək edir. 

İstər məlumat axtarasınız, istər kampus həyatına uyğunlaşmağa çalışasınız, istərsə də şəxsi çətinliklərlə üzləşəsiniz - ixtisaslaşmış komandalarımız tələbə həyatının bütün istiqamətləri üzrə sizə dəstək göstərməyə hazırdır. Bu, yaşayış xərcləri ilə bağlı məsləhətlər, sağlamlıq və rifah, akademik əlçatanlıq, eləcə də əlillik və ya disleksiya kimi hallarla bağlı tədris dəstəyi xidmətlərini əhatə edir.

  • Akademik məsləhət xidməti 
  • Repetitorluq və öyrənmə dəstəyi 
  • Tədris bacarıqları üzrə dəstək 
  • Müəllim qəbulu saatları və mentorluq 
  • Öyrənmə fərqlilikləri olan tələbələr üçün dəstək 

Xidmətlərimiz

İnklüziv akademik dəstək

Öyrənmə çətinliyiniz və ya xüsusi təhsil ehtiyacınız varsa, mövcud dəstək imkanları ilə tanış olun.

Psixoloji sağlamlıq və məsləhət xidməti

Çətin dövrlərdə sizi dəstəkləmək üçün təqdim olunan xidmətlər haqqında məlumat əldə edin.

Təhülkəsizlik və mühafizə

Kampusun bütün üzvləri üçün təhlükəsiz mühitin qorunması ilə bağlı məlumat alın.

Sağlamlıq və rifah

Sağlam həyat tərzi və ümumi rifahınızı qorumaqla bağlı resursları kəşf edin.

Tələbə Uğuru şöbəsi

Sizə dəstək vermək üçün yanınızdayıq. Dəstək və kömək üçün əməkdaşlarımızdan biri ilə əlaqə saxlayın.

Maliyyə yardımı

Təqaüd və maliyyə dəstəyi ilə əlaqədar sullarınız varsa bizə müraciət edin.

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.