Pedaqoji fakültə

Əsasnamələr və qaydalar

Fakültə elmi şurası

Əsasnamə

Ümumi müddəalar

1.1. Qarabağ Universitetinin (bundan sonra “universitet” adlandırılacaq) Pedaqoji fakültəsinin (bundan sonra “fakültə” adlandırılacaq) Elmi Şurası (bundan sonra “Elmi Şura” adlandırılacaq) fakültənin seçkili kollegial idarəetmə orqanıdır.

1.2. Elmi Şuranın tərkibi fakültənin struktur bölmələrinin irəli sürdükləri namizədlərdən 3 illik müddətə formalaşır və universitetin rektorunun əmri ilə təsdiqlənir.

1.3. Elmi Şuranın tərkibinin vaxtından əvvəl formalaşdırılması onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə, həmçinin müstəsna hallarda rektorun qərarı ilə həyata keçirilə bilər.

1.4. Elmi Şuraya fakültənin dekanı sədrlik edir. O, Elmi Şuranın fəaliyyətini planlaşdırır və həyata keçirir.

1.5. Elmi Şuranın tərkibinə tutduqları vəzifələrinə görə dekan, dekan müavinləri (onlardan biri  sədrin müavini olur), fakültənin tərkibindəki bütün kafedraların müdirləri daxil olurlar. Elmi Şuranın digər üzvləri fakültənin professor-müəllim heyətinin ümumi iclasında gizli səsvermə yolu ilə seçilir. Elmi Şuranın ümumi yığıncağında seçilən üzvlərinin say miqdarı fakültənin dekanı tərəfindən müəyyənləşdirilir.

2. Elmi şuranın vəzifələri

Eımi Şura:

Fakültədə mütəxəssis hazırlığı, elmi-tədqiqat və maddi-texniki təchizat fəaliyyəti ilə bağlı vacib məsələləri müzakirə edir, qərarlar çıxarır.

Fakültənin dekanı vəzifəsinə namizədləri müzakirə edir.

Müəyyən edilmiş qaydada kafedralarda professor-müəllim heyətinin vəzifələrini tutmaq üçün müraciət etmiş namizədləri müzakirə edir, qərarlar çıxarır.

Tədris planlarının, fənn proqramlarının, elmi-tədqiqat işlərinin layihələrinin, kafedraların tədris-metodiki, elmi-tədqiqat işləri haqqında hesabatlarını dinləyib müzakirə edir.

Elmi-tədqiqat və təlim-tərbiyə işlərinin planlarını, fakültənin professor-müəllim heyətinin ixtisaslarının artırılması planlarının icrasının nəticələrini müzakirə edir.

Fakültənin illik fəaliyyətinin bütün istiqamətləri üzrə dekanın hesabatını dinləyib, müzakirə edir.

Təhsilalanların elmi və elmi-pedaqoji təcrübələrinin təşkilinin yekunlarını müzakirə edir.

Fakültənin professor-müəllim heyətinə daxıl olan kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim, assistentlərin, elmi işçilərin seçkilərini aparır.

Müvafiq qaydada elmi adlar almaq üçün müraciət etmiş əməkdaşlarla bağlı müzakirələr aparır və universitetin Elmi Şurası qarşısında vəsatət qaldırır.

Doktorluq dissertasiyası üzərində işləyən, fəlsəfə doktoru elmi dərəcəsi olan müəllimlərdən elmi işçi vəzifələrini tutmaq istəyən namizədlərin müraciətləri ilə bağlı müzakirələr aparır və rəy verir.

Kafedraların elmi və elmi-metodiki işlərini müzakirə edir və rəy verir.

Fakültənin məzunlarından magistraturaya, doktoranturaya, dissertanturaya qəbul olmaq üçün namizədlərə zəmanət verir, həmçinin fakültənin magistrant, doktorant, dissertantlarının dissertasiya mövzulaarını və iş planlarını təsdiq edir, hər il onların attestasiyasını keçirir.

Tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsi ilə bağlı tədbirləri müzakirə edir.

Fakültənin fəaliyyəti ilə bağlı və digər vacib məsələləri müzakirə edir.

 

3. Elmi Şuranın işinin təşkili

 

3.1. Elmi Şura öz fəaliyyətini hər tədris ili üçün hazırlanıb Elmi Şuranın iclasında müzakirədən keçərək təsdiq edilən iş planı əsasında həyata keçirir.

3.2. Elmi Şuranın qərarları fakültənin tədris və elmi fəaliyyətinin bütün məsələləri üzrə sadə səs çoxluğu əsasında açıq səsvermə, professor-müəllim heyətinin vəzifələrə seçilməsi ilə bağlı məsələlər üzrə isə gizli səsvermə yolu ilə qəbul edilir.

3.3. Elmi Şuranın iclaslarında hər hansı bir məsələyə baxılması üçün üzvlərin 2/3-dən az       olmayaraq iştirakı tələb olunur.

3.4. Elmi şuranın iclasında açıq səsvermə yolu ilə qəbul edilmiş qərarlar dekan tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir.

3.5. Elmi Şuranın qərarlarını və öz vəzifə öhdəliklərini sistematik olaraq yerinə  yetirmədikdə onun üzvlərinin 2/3 hissəsinin tələbi ilə dekana etimadsızlıq məsələsi Elmi Şuranın müzakirəsinə çıxarıla bilər.

3.6. Elmi Şuranın iclasları  protokollaşdırılır, protokollar sədr və üzvlərin sırasından təyin edilmiş elmı katib tərəfindən imzalanır və dekanlıqda saxlanılır.

3.7. Elmi Şuranın sədri qəbul edilmiş qərarların icrasının müntəzəm olaraq yoxlanılmasını təşkil edir və Elmi Şuranın üzvlərinə qərarların yerinə yetirilməsi haqqında məlumat verir.

3.8. Elmi Şuranın qərarları qanunvericiliyə və digər normativ aktların müddəalarına zidd olduqda onlar universitetin rektorunun və ya universitetin tabe olduğu mərkəzi orqanın rəhbəri tərəfindən ləğv oluna bilər.

4. Digər müddəalar

4.1. Əsasnamə Azərbaycan Respublikası Təhsil nazirinin 10 noyabr 1997-ci il tarixli 794 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin fakültə Elmi Şurası haqqında Əsasnamə”nin müddəalarına uyğun tərtib edilmişdir.

4.2. Zərurət yarandıqda Əsasnaməyə dəyişikliklər və əlavələr edilə bilər. Onlar universitetin Elmi Şurasında müzakirə olunduqdan və bəyənildikdən sonra qüvvəyə minirlər.

 

Əsasnamə Universitetin Elmi şurasının -------------   tarixli icladsında (protokol-------------- №) müzakirə edilmiş və bəyənilmişdir.

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.