Tibb və sağlamlıq elmləri fakültəsi

  • President at the opening
  • President Ilham Aliyev at the opening of the Faculty of Medicine

İxtisaslarımız

Tibb

Tələbələri “Tibb” ixtisası üzrə həkim ali peşə ixtisas dərəcəsi əldə etməyə hazırlayan 6 illik təhsil proqramı.

Tibb bacısı (qardaşı) işi

Tələbələri liderlik, klinik praktika və intensiv qayğı sahələrində inkişaf etmiş bacarıqlara malik lisenziyalı tibb bacıları (qardaşları) kimi yetişdirməyə yönəlmiş 4 illik tibb bacısı (qardaşı) işi proqramı.

Clinic opening

Qarabağ Universitetinin Klinikası

Müasir tibbi xidmət, təhsil və elmi tədqiqatın inteqrasiya olunduğu akademik–kliniki mərkəz.
 

2025-ci ildə təsis olunan Qarabağ Universitetinin Klinikası Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsi ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Klinikada təqdim olunan tibbi xidmətlər beynəlxalq standartlara uyğun olmaqla yanaşı, tədris və elmi-tədqiqat fəaliyyətləri ilə inteqrasiya olunmuş şəkildə həyata keçirilir.

Bu model tələbələrə erkən mərhələdən etibarən real klinik mühitdə öyrənmək imkanı yaradır, nəzəri biliklərin praktik tətbiqi ilə möhkəmləndirilməsini təmin edir və multidissiplinar yanaşmanı təşviq edir.

Klinika həm yüksək keyfiyyətli, pasiyent yönümlü tibbi xidmətin göstərilməsinə, həm də gələcəyin peşəkar səhiyyə mütəxəssislərinin hazırlanmasına töhfə verir.

Xəbərlər və Tədbirlər

Ən son xəbərlər
Mehmet-Akman.jpg
Xarici əlaqələr

Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri fakültəsinin professoru Mehmet Akman nüfuzlu beynəlxalq jurnalda baş redaktor kimi universitetimizi təmsil edir

Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri fakültəsinin professoru Mehmet Akman Cambridge University Press tərəfindən nəşr olunan nüfuzlu Primary Health Care Research & Development jurna

İmtahan
Tələbə həyatı

Qarabağ Universitetində yaz semestrinin aralıq imtahanları uğurla yekunlaşıb

Qarabağ Universitetində yaz semestrinin aralıq imtahanları uğurla yekunlaşıb.

Dr. Samir Babayev.jpg
Xarici əlaqələr

Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı Böyük Britaniyada nüfuzlu jurnala redaktor müavini təyin edilib

Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı Böyük Britaniyada fəaliyyət göstərən Oxford University Press tərəfindən yayımlanan Human Reproduction Open jurnalına redaktor müavini vəzifəsinə təyin olunub.

Tibb və Sağlamlıq Elmləri fakültəsinin bütün xəbərləri
Tədbirlər

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.