Azərbaycan üzrə ali təhsil müəssisələrinə, o cümlədən Qarabağ Universitetinə qəbul rəqabətli prosesdir və Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunur. Abituriyentlər bərabər və merit prinsiplərinə əsaslanan müsabiqədə iştirak edir, seçdikləri ixtisası və universiteti müstəqil şəkildə müəyyən edirlər. Qəbul hər il iki mərhələdə keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən həyata keçirilir.
Qeyd: Bütün abituriyentlər mərkəzləşdirilmiş qəbul imtahanlarında iştirak etmək üçün iştirak haqqı ödəməlidirlər. Cari ilin məzunları üçün 2-ci mərhələ imtahanında ilk cəhd ödənişsizdir.
Dövlət tərəfindən tanınan tam orta, peşə və ya ali təhsil haqqında attestata/diploma malik şəxslər Qarabağ Universitetinin bakalavr proqramlarına müraciət edə bilərlər.
Qeyd: Hazırda ali və ya peşə təhsili müəssisələrində təhsil alan tələbələr (son kursda oxuyanlar istisna olmaqla) qəbul prosesində iştirak edə bilməzlər.
Qəbul prosesi haqqında daha ətraflı məlumat üçün buraya daxil olun.
Qeyd: Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq yarış və müsabiqələrin qalibləri Qarabağ Universitetinə müsabiqədənkənar qəbul edilə bilərlər. Olimpiadaların siyahısı, uyğun ixtisaslar və sənəd qəbulu ilə bağlı ətraflı məlumat Nazirlər Kabinetinin 229 nömrəli qərarında əks olunmuşdur.
Qarabağ University hal-hazırda xarici ölkələrdən tələbələr qəbul etmir. Bu səhifəni mütəmadi olaraq ziyarət edin ki, xarici ölkələrdən olan tələbələrin qəbulu ilə əlaqədar məlumatlar əldə edəsiniz.