Tələbələrdən ibarət xalq çalğı alətləri orkestri milli musiqi ənənələrinin qorunması, inkişaf etdirilməsi və gənc nəslə ötürülməsi baxımından mühüm əhəmiyyətə malik yaradıcı kollektivdir.
Tələbə orkestrinin əsas məqsədlərindən biri tələbələrin ansambl şəklində ifa vərdişlərini inkişaf etdirmək, onları kollektiv musiqi mədəniyyətinə alışdırmaq və səhnə təcrübəsi qazandırmaqdır. Bu proses zamanı tələbələr dirijorla işləməyi, ritm və intonasiya dəqiqliyini qorumağı, digər ifaçılarla uyğunlaşmağı öyrənirlər.
Orkestrin repertuarına Azərbaycan xalq musiqisi nümunələri, xalq mahnılarının işləmələri, eləcə də dünya bəstəkarların əsərləri daxildir. Bu isə həm ənənəvi, həm də akademik musiqi zövqünün formalaşmasına şərait yaradır.
Tələbələrdən ibarət xalq çalğı alətləri orkestri təşkil olunduqdan sonra qısa müddət ərzində dövlət əhəmiyyətli konsertlərdə, beynəlxalq festivallarda və müxtəlif mədəni tədbirlərdə çıxış etməyə başlayıb. Bu çıxışlar tələbələrin səhnə mədəniyyətini artırmaqla yanaşı, milli musiqinin təbliğinə də xidmət edir.
Nəticə etibarilə, belə orkestrlər yalnız tədris prosesi üçün deyil, həm də milli mədəni irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından əvəzsiz rol oynayır.