Qarabağ Universiteti inkişaf etdikcə, icmamıza ən müasir xidmətləri təqdim etmək üçün yeni infrastruktur və obyektlər əlavə olunacaq. Kampusumuzun inkişafının növbəti mərhələsində yeni İdman və Rekreasiya Mərkəzinin yaradılması planlaşdırılır.
Tam təchiz olunmuş idman və rekreasiya mərkəzi istifadəyə verilənədək, tələbə və müəllimlər kampus daxilində və eləcə də Xankəndidə mövcud olan imkanlardan istifadə edə bilərlər.
İdman zalı
Bu zal universitetin əsas binasının birinci mərtəbəsindən aşağıda yerləşən mərtəbədə yerləşir.
İdman zalı tələbə və əməkdaşlarımızın həndbol, voleybol, mini futbol və ya stolüstü tennis kimi oyunlar üçün istifadəsinə açıqdır.
Kiçik fitnes otağı
Otaq universitetin əsas binasının cənub hissəsində yerləşir. Bir neçə fitnes avadanlığı ilə təchiz olunmuşdur və istifadə üçün açıqdır.
Palace Otel (kampusdan kənar)
Qarabağ Universitetinini müəllim və tələbə heyəti Xankəndi şəhərində yerləşən Palace Otelin trenajor zalından güzəştli qiymətlərlə istifadə edə bilərlər. Əlavə məlumat üçün Palace Otel ilə əlaqə saxlamağınız tövsiyə olunur.