Maaş və güzəştlər

Təklifimiz

 

Qarabağ Universiteti əməkdaşların peşəkar inkişafını və şəxsi rifahını dəstəkləmək məqsədi daşıyan geniş və əhatəli sosial təminatlar paketi təqdim edir. 

Rəqabətqabiliyyətli əməkhaqqı

Qarabağ Universiteti ən ixtisaslı kadrları cəlb etmək və saxlamaq üçün formalaşdırılmış rəqabətqabiliyyətli əməkhaqqı paketi təklif edir. Əməkhaqları Azərbaycan üzrə aparıcı ali təhsil və tədqiqat müəssisələrinin göstəriciləri əsasında müəyyən edilir və əməkdaşın ixtisası, təcrübəsi və fəaliyyəti nəzərə alınmaqla təyin olunur. Universitet bütün vəzifələr üzrə ədalətlilik, şəffaflıq və mükəmməlliyin tanınması prinsiplərini təmin edir. 

Xankəndidə mənzil

Qarabağ Universiteti Xankəndi şəhərində kampusa və əsas xidmət obyektlərinə yaxın ərazidə professor-müəllim heyəti və inzibati əməkdaşlar üçün rahat, təhlükəsiz və tam təchiz olunmuş yaşayış yerləri təqdim edir. Universitet tərəfindən təmin edilən yaşayış imkanları icma ruhunun formalaşmasına və yeni vəzifəyə uyğunlaşmanın asanlaşmasına şərait yaradır. 

  

Sərfəli yemək seçimləri

Universitetin kampus yeməkxanaları peşəkar xidmət göstərən müəssisələr tərəfindən idarə olunur və münasib qiymətlərlə müxtəlif, təzə hazırlanmış yeməklər təklif edir. Bu imkan əməkdaşların vaxtına qənaət etməklə yanaşı, sağlam qidalanmanı və ümumi rifahı dəstəkləyir. 

Həmkarlar İttifaqının imtiyazları

Qarabağ Universitetində çalışan bütün əməkdaşlar könüllü əsaslarla fəaliyyət göstərən həmkarlar ittifaqına üzv olmaq imkanına malikdirlər. Üzvlük çərçivəsində fövqəladə hallarda maddi dəstək, sanatoriyalara təşkil olunmuş istirahət paketləri və rifahın artırılmasına yönəlmiş sosial proqramlardan yararlanmaq mümkündür. Həmkarlar ittifaqı eyni zamanda əməkdaşların fikirlərinin dinlənildiyi və qarşılıqlı dialoqun təşviq olunduğu platforma kimi fəaliyyət göstərir. 

Tibbi sığorta təminatı

Qarabağ Universitetində maaşlı əsaslarla çalışan bütün əməkdaşlar icbari tibbi sığorta proqramına avtomatik olaraq daxil edilirlər. Bu sığorta əsas tibbi xidmətlərin böyük hissəsini əhatə edir. Əlavə üstünlük olaraq, əməkdaşlar sığorta çərçivəsində xidmətlərdən yararlana və ya yeni fəaliyyətə başlayan Qarabağ Universiteti Klinikasında güzəştli şərtlərlə tibbi xidmət ala bilərlər. Bu, iş yerində əlçatan və keyfiyyətli səhiyyə təmin edərək əməkdaşların rahatlığını və sağlamlığını qorumağa xidmət edir. 

Peşəkar inkişaf

Biz əməkdaşlarımızın inkişafına sərmayə qoyuruq. Qarabağ Universiteti təlimlər, seminarlar və elmi-tədqiqat dəstəyi vasitəsilə karyera inkişafı üçün geniş imkanlar yaradır və intellektual cəhətdən zəngin akademik mühitin formalaşmasına töhfə verir. 

Əlavə üstünlüklər

Bütün əməkdaşlar əmək qanunvericiliyinə uyğun olaraq digər imkan və güzəştlərdən də yararlanırlar.

  • İllik məzuniyyət: 30 təqvim günü + rəsmi bayram günləri
  • Ödənişli analıq məzuniyyəti: 4 ay
  • Ödənişli atalıq məzuniyyəti: 14 günədək
  • Universitetin imkanlarından istifadə: idman zalı, kitabxana və mədəni tədbirlər
  • İşə gediş-gəliş üçün nəqliyyat dəstəyi

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.