Nə üçün Qarabağ Universiteti?
Qarabağ Universiteti sizi gələcəyə hazırlayır. Burada təhsil almaqla yanaşı, faydalı bacarıqlar qazanır, real təcrübə əldə edir və şəxsiyyət olaraq formalaşırsınız.
Tədris prosesi ərzində ixtisasınız üzrə vacib fənləri dərindən mənimsəyir, səlis danışmağı, tənqidi düşünməyi, problemlərin öhdəsindən gəlməyi və dövrün tələbi olan rəqəmsal alətlərdən istifadə bacarıqlarınızı təkmilləşdirirsiniz.
Bundan başqa siz real layihələr üzərində işləyir, öyrəndiklərinizin gündəlik həyatda və gələcək peşənizdə tətbiqini görürsünüz.
Məkan, məkan və yenə də məkan!
Xankəndi Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Şəhər mühüm tədbirlərin, idman yarışlarının və festivalların keçirildiyi məkandır. Şuşa, Xocalı, Ağdam və Laçın şəhərlərinə bir saatlıq məsafədə yerləşir. Şəhərdə vaxtınızı səmərəli və maraqlı keçirmək üçün müxtəlif imkanlar mövcuddur.
Təbiətə yaxın, rahat kampus təcrübəsi
Xankəndi parklar və zəngin təbiət mənzərələri ilə əhatə olunmuş şəhərdir. Xankəndidə yerləşən kampus binalarımız və tələbə yataqxanaları bir-birinə piyada məsafəsindədir. Şəhər daxilində maneəsiz şəkildə piyada gəzə və ya velosipedlə hərəkət edə bilərsiniz
Təmiz və günəşli hava şəraiti
Xankəndi təmiz havası, ekoloji cəhətdən sağlam mühiti və ilin böyük hissəsində müşahidə olunan günəşli, açıq səması ilə seçilir. Gün ərzində mülayim isti, yay aylarında isə əksər vaxt sərin hava şəraiti hökm sürür — hətta kondisionerə ehtiyac belə olmur.
Dinamik və fəal tələbə icması
Yeni bir universitet olaraq biz birlikdə güclü və mehriban akademik icma qururuq. Burada siz böyük bir ailənin üzvü olacaq və bizimlə birlikdə inkişaf edəcəksiniz. İstər yeni dostluqlar qurmaq, istər maraqlı anlar yaşamaq, istərsə də şəhərdə iş təcrübəsi qazanmaq istəyin — sizi çoxlu imkanlar gözləyir. Qarabağın yenidən qurulmasının bir hissəsi olmaq isə bu yolun ən qürurverici tərəfidir.
Bilirdiniz?
Qarabağ Universitetində dərslər əsasən ingilis dilində tədris olunur. Bununla yanaşı, bəzi dərslər Azərbaycan dilində və ikidilli formatda da keçilir. Beynəlxalq Dil Mərkəzimiz tələbələrin dil bacarıqlarını gücləndirmək üçün tədrisin ilk ilində intensiv ingilis dili kurslarını təqdim edir.
Beynəlxalq Dil MərkəziKampusa qonaq gəlin!
Məktəblərin yuxarı sinifləri
Sinfinizlə birlikdə bizə qonaq gəlin!
Virtual info-sessiyalar
Xankəndiyə hələ gələ bilmirsiniz? Bizim virtual info sessiyalardan birinə qoşulun.
Virtual kampus turu
Virtual kampus turuna baxın