Könüllü ol

Tələbələrin sosial fəallığını artırmaq, liderlik və komanda işi bacarıqlarını inkişaf etdirmək, həmçinin universitet daxilində keçirilən layihə və tədbirlərin təşkili və icrasında aktiv iştiraklarını təmin etmək məqsədilə Qarabağ Universitetində Könüllülük Proqramı fəaliyyət göstərir. Proqram çərçivəsində tələbələr universitetin akademik, sosial və mədəni həyatına töhfə verməklə yanaşı, vətəndaş məsuliyyəti və sosial təşəbbüskarlıq dəyərlərini də mənimsəyirlər.

Könüllülər universitetin müxtəlif struktur bölmələrində fəaliyyət göstərir, sosial və mədəni-kütləvi tədbirlərin təşkilində, layihələrin koordinasiyasında və ictimai təşəbbüslərin həyata keçirilməsində yaxından iştirak edirlər. Bu fəaliyyətlər tələbələrə real iş mühiti təcrübəsi qazandırır, peşəkar bacarıqlarını inkişaf etdirməyə və gələcək karyeralarına möhkəm təməl yaratmağa imkan verir.

Könüllü olmaq üçün qeydiyyatdan keçin

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.