İncəsənət fakültəsi

Bizimkilər

Qarabağ Universitetinin İncəsənət fakültəsində instrumental ifaçılıq, vokal sənəti, musiqişünaslıq, dizayn və dekorativ-tətbiqi sənət sahələri üzrə tanınmış, yüksək ixtisaslı və peşəkar müəllim heyəti fəaliyyət göstərir. Fakültənin professor-müəllim tərkibi zəngin yaradıcılıq təcrübəsi, elmi fəaliyyəti və pedaqoji bacarıqları ilə seçilərək tələbələrin hərtərəfli inkişafına töhfə verir.

Fakültədə 7 sənətşünaslıq üzrə fəlsəfə doktoru, 1 tibb elmləri doktoru, 1 xalq artisti, 7 əməkdar artist, 1 əməkdar müəllim, 1 professor və 2 dosent fəaliyyət göstərir. Eyni zamanda, fakültədə xarici ölkələrdən dəvət olunmuş müəllimlər də tədris prosesində iştirak edərək beynəlxalq təcrübənin tətbiqinə və akademik mühitin zənginləşməsinə mühüm töhfə verirlər.

Müəllimlər tədris prosesində nəzəri biliklərin mənimsədilməsi ilə yanaşı, praktiki bacarıqların formalaşdırılmasına xüsusi önəm verirlər. Bu məqsədlə fakültədə mütəmadi olaraq ustad dərsləri, seminarlar, yaradıcılıq görüşləri və açıq dərslər təşkil olunur. Bu fəaliyyətlər tələbələrin həm peşəkar dünyagörüşünün genişlənməsinə, həm də real sənət mühiti ilə yaxından tanış olmasına şərait yaradır.

Eyni zamanda, müəllimlər tələbələrin fərdi yaradıcılıq layihələrinə mentorluq edir, onların sərgilərdə, konsertlərdə və müxtəlif sənət platformalarında iştirakını dəstəkləyirlər. Tələbələr müəllimlərin rəhbərliyi ilə fərdi solo konsert və sərgilərə hazırlanır, müxtəlif müsabiqələrdə iştirak etməyə təşviq olunur və artıq bu istiqamətdə uğurlu nəticələr əldə etmişlər. Bununla yanaşı, fakültədə mütəmadi olaraq sinif konsertləri təşkil edilir ki, bu da tələbələrin səhnə təcrübəsinin formalaşmasında mühüm rol oynayır.

Fakültənin müəllim heyətinin rəhbərliyi altında tələbələr həm musiqi, həm dizayn, həm də dekorativ-tətbiqi sənət sahələrində dərin biliklərə yiyələnir, yüksək səviyyəli bacarıq və təcrübə qazanaraq gələcək karyeraları üçün möhkəm zəmin yaradırlar.

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.