İşə qəbul prosesimiz şəffaflıq, ədalətlilik və səmərəlilik prinsipləri əsasında qurulmuşdur. Komandamıza qoşulmaq üçün müraciət etdiyiniz zaman sizi aşağıdakı mərhələlər gözləyir.
- Müraciətin təqdim edilməsi
-
Namizədlər müraciətlərini onlayn platformamız vasitəsilə təqdim edirlər. Müraciət zamanı bütün zəruri sənədlərin — tərcümeyi-hal (CV), motivasiya məktubu və vəzifəyə uyğun əlavə materialların, tam şəkildə əlavə olunması tələb olunur.
- İlkin seçim mərhələsi
-
İnsan resursları komandamız müraciətləri 2 həftə ərzində nəzərdən keçirir. Tələblərə cavab verən namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılır. Bu mərhələdə namizədin bilik və bacarıqları vəzifənin tələblərinə uyğunluq baxımından qiymətləndirilir.
- Müsahibə mərhələsi
-
Seçilmiş namizədlər strukturlaşdırılmış müsahibələrdə iştirak edirlər. Akademik vəzifələr üzrə müraciətlər zamanı bu mərhələyə dərs nümunəsinin təqdimatı və ya elmi-tədqiqat mövzusunda təqdimat da daxil edilə bilər. İnzibati və peşəkar vəzifələr üzrə müsahibələr isə əsasən kompetensiya əsaslı keçirilir.
- Qiymətləndirmə və yoxlamalar
-
Vəzifədən asılı olaraq namizədlərlə bağlı tövsiyəçilərlə əlaqə saxlanılır və əlavə qiymətləndirmələr aparıla bilər. Bu mərhələ namizəd ilə universitet arasında qarşılıqlı uyğunluğun təmin edilməsi məqsədi daşıyır.
- Təklif və işə uyğunlaşma mərhələsi
-
Seçilmiş namizədlərə rəsmi iş təklifi təqdim olunur. Təklif qəbul edildikdən sonra İnsan resursları komandası namizədi işə başlama prosesində müşayiət edir. Bu mərhələyə yerləşmə dəstəyi, yaşayış məsələləri və oriyentasiya proqramları daxildir. Daha sonra universitetlə əməkdaş arasında əmək müqaviləsi imzalanır.