Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri fakültəsinin professoru Mehmet Akman nüfuzlu beynəlxalq jurnalda baş redaktor kimi universitetimizi təmsil edir
Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri fakültəsinin professoru Mehmet Akman Cambridge University Press tərəfindən nəşr olunan nüfuzlu Primary Health Care Research & Development jurnalında baş redaktor kimi universitetimizi təmsil edir
Primary Health Care Research & Development jurnalı ilkin səhiyyə xidmətləri sahəsində tanınmış beynəlxalq elmi nəşrlərdən biri olmaqla Web of Science (SCIE) bazasında indekslənir və təxminən 1.7 impakt faktor göstəricisinə malikdir.
M. Akman eyni zamanda European Forum for Primary Care (EFPC) təşkilatının İcra Şurasının (Executive Board) üzvüdür. Qeyd edək ki, jurnal EFPC-nin rəsmi elmi nəşri olmaqla ilkin səhiyyə siyasəti və praktikası sahəsində beynəlxalq elmi mühitin formalaşmasında mühüm rol oynayır.
Professor Mehmet Akman ilkin səhiyyə və ailə təbabəti sahəsində beynəlxalq səviyyədə tanınmış mütəxəssisdir. Onun akademik fəaliyyəti ilkin səhiyyə xidmətlərinin təşkili və inteqrasiyası, kompetensiyaya əsaslanan tibbi təhsil modellərinin inkişafı, səhiyyə sistemlərinin gücləndirilməsi və xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətlərini əhatə edir. Bununla yanaşı, o, tibbi kurikulumun hazırlanması, peşələrarası təhsil yanaşmaları və pasiyent təhlükəsizliyi sahələrində geniş akademik və praktik təcrübəyə malikdir.
Professor Mehmet Akman uzun illər Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Marmara University-də 24 illik akademik fəaliyyət göstərmişdir. O, 2025-ci ilin avqust ayından etibarən Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri fakültəsində qonaq professor kimi fəaliyyətə başlamış, 2026-cı ilin mart ayından isə fakültənin daimi akademik heyətinin üzvü kimi fəaliyyətini davam etdirir.
Bu fəaliyyət Qarabağ Universitetinin beynəlxalq akademik mövqeyinin gücləndirilməsi və elmi əməkdaşlıqlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ətraflı məlumat üçün:
Primary Health Care Research & Development jurnalının redaksiya heyəti: