Fənnin tədris edildiyi dil
English and Azerbaijani
Fənnin təsviri
Ümumi məqsəd
Bu blok tələbələrə ailə təbabəti, daxili xəstəliklər, psixiatriya, pediatriya, ictimai səhiyyə və infeksion xəstəliklər üzrə kompleks və icma yönümlü yanaşmanı mənimsətməyi hədəfləyir. Real klinik və icma mühitində nəzarət altında fəaliyyət göstərən tələbələr pasiyentlə ünsiyyət, ehtiyacların qiymətləndirilməsi, profilaktik və reabilitasiya tədbirlərinin planlaşdırılması və holistik qayğının göstərilməsi üzrə kompetensiyalarını inkişaf etdirirlər.
Blok həmçinin peşəkar məsuliyyətin formalaşmasını və müstəqil praktikaya hazırlığı dəstəkləyir.
Xüsusi məqsədlər
Ailə təbabətində tibb bacılığı və qardaşlığı – İlkin səhiyyə çərçivəsində ailə və icma yönümlü yanaşmaların tətbiqi, profilaktik və reabilitasiya fəaliyyətlərində iştirak və uzunmüddətli qayğı planlarının hazırlanması.
Daxili xəstəliklər üzrə tibb bacılığı və qardaşlığı – Pasiyentin vəziyyətinin qiymətləndirilməsi, müalicə planına uyğun qayğının göstərilməsi və nəzarət altında praktik fəaliyyət vasitəsilə pasiyentlərin sağlamlıq savadlılığının artırılması.
Psixi sağlamlıq üzrə tibb bacılığı və qardaşlığı – Psixi sağlamlıq pozğunluqları olan pasiyentlərlə etik və empatik ünsiyyət bacarıqlarının inkişafı, müşahidə və psixososial dəstək üzrə kompetensiyaların formalaşdırılması.
Pediatrik tibb bacılığı və qardaşlığı – Valideynlər və baxıcılarla aktiv əməkdaşlıq şəraitində uşaqların sağlamlığının qorunması, xəstəliklərin profilaktikası və müalicə dövründə qayğının təmin olunması üzrə praktik bacarıqların gücləndirilməsi.
İctimai səhiyyə – İcma sağlamlığının qorunması təşəbbüslərində, immunizasiya proqramlarında, xəstəliklərin profilaktikası və sağlamlığın təşviqi fəaliyyətlərində iştirak.
İnfeksion xəstəliklər – Real klinik mühitdə infeksiyaların profilaktikası tədbirlərinin tətbiqi, izolyasiya və dezinfeksiya prosedurlarının icrası, eləcə də epidemioloji nəzarət prosesinə töhfə verilməsi.