Fənnin tədris edildiyi dil
English and Azerbaijani
Fənnin təsviri
Bu kurs tibbi praktika, biotexnologiya və elmi tədqiqatlar zamanı yaranan etik prinsiplərin mahiyyətini və tətbiqini əhatə edir. Bioetikanın nəzəri əsaslarını, o cümlədən insan həyatının qorunması, pasiyent hüquqları, məlumatlandırılmış razılıq, klinik qərarvermədə etik yanaşmalar və müasir biotibbi yeniliklərin sosial-hüquqi aspektlərini təqdim edir.
Genetik mühəndislik, reproduktiv texnologiyalar, orqan transplantasiyası və həyatın son mərhələsində qərarvermə kimi sahələrdə etik dilemmlərin təhlili kursun əsas komponentlərindən birini təşkil edir. Tələbələr beynəlxalq bioetika standartları, normativ sənədlər və etik komitələrin fəaliyyəti ilə tanış olur, tibbi qərarların etik qiymətləndirilməsi üzrə bacarıqlar formalaşdırırlar.
Kursun məqsədi gələcək səhiyyə mütəxəssislərində etik məsuliyyət, peşəkar davranış və humanist, dəyər əsaslı qərarvermə bacarıqlarını inkişaf etdirməkdir.