Fənnin tədris edildiyi dil
English and Azerbaijani
Fənnin təsviri
Bu blok tibb bacılığı praktikasında zəruri olan peşəkar rolları, etik prinsipləri və ünsiyyət bacarıqlarını təqdim edir, eyni zamanda pasiyentyönümlü və təhlükəsiz qayğının təmin olunmasını vurğulayır. Tələbələr ilkin səhiyyə xidməti və icma sağlamlığı ehtiyaclarını qiymətləndirməyi öyrənir, həmçinin ilkin tədqiqat bacarıqları formalaşdırırlar.
Bu kompetensiyaların formalaşdırılması zamanı blok İnsan anatomiyası və tibbi terminologiya, normal fiziologiya, tibbi biokimya, tibbi mikrobiologiya və immunologiya, patologiya, farmakologiya, təcili tibbi yardım, daxili xəstəliklər, ümumi cərrahiyyə, qastroenterologiya, uşaq sağlamlığı və pediatriya, mamalıq və ginekologiya, anesteziologiya və reanimasiya, radiologiya və nüvə təbabəti, kardiologiya, pulmonologiya, dermatologiya–venerologiya, nevrologiya, psixiatriya və ictimai səhiyyə fənləri üzrə bilik və bacarıqlara əsaslanır.