Fənnin tədris edildiyi dil
English and Azerbaijani
Fənnin təsviri
Bu klinik blok uşaqlıq dövrü xəstəliklərinin klinik xüsusiyyətlərinə, inkişaf mərhələlərinə və uşağa yönümlü qayğı prinsiplərinə fokuslanır. Tələbələr ailə və icma yönümlü qayğı yanaşmalarını tətbiq edir, profilaktik qiymətləndirmələr aparır və ilkin səhiyyə mühitində müdaxilələri planlaşdırırlar.
Blok həmçinin uşağın sağlamlıq göstəricilərinin monitorinqi, klinik və icma məlumatlarının toplanması və icma əsaslı tədqiqatların aparılması üzrə kompetensiyaları inkişaf etdirir. Tədris proqramı Farmakologiya, Tibb bacılığı və qardaşlığının əsasları, Pediatrik tibb bacılığı və qardaşlığı, Ailə təbabətində tibb bacılığı və qardaşlığı, Tibb bacılığı və qardaşlığı idarəetməsi və ictimai səhiyyə fənləri üzrə müvafiq bilik və bacarıqlara əsaslanır.