Fənnin tədris edildiyi dil
English and Azerbaijani
Fənnin təsviri
Bu klinik blok çərçivəsində tələbələr cərrahi xəstəliklərin əsas prinsiplərini, əməliyyataqədər və əməliyyatdan sonrakı qayğını, aseptik–antiseptik texnikaları və infeksiyaya nəzarət üsullarını öyrənirlər. Yara baxımı, ağrının idarə olunması və steril iş mühitinin qorunması kimi əsas peşəkar bacarıqlar tətbiq olunur.
Bundan əlavə, tələbələr cərrahi prosedurları müşahidə edir, klinik nəticələri sənədləşdirir və ilkin tədqiqat, eləcə də keyfiyyətin qiymətləndirilməsi üzrə bacarıqlar inkişaf etdirirlər. Tədris prosesi Farmakologiya, tibb bacılığı və qardaşlığının əsasları, təcili tibb bacılığı və qardaşlığı, tibb bacılığı və qardaşlığı idarəetməsi, cərrahi tibb bacılığı və qardaşlığı, anesteziologiya və reanimasiya, radiologiya və ictimai səhiyyə fənləri üzrə müvafiq bilik və kompetensiyaların inteqrasiyasına əsaslanır.