Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn akademik, rəsmi və qeyri-rəsmi yazı növlərini tətbiq edərək kommunikasiya qurmaq, təqdimat hazırlamaq, məqalə yazmaq və danışıqlar aparmaq kimi praktik bacarıqlara diqqət yetirir. Fənnin tədrisi prosesində Azərbaycan dilinin qrammatik imkanlarının, zəngin lüğət tərkibinin hərtərəfli tədqiqi vasitəsilə müxtəlif real həyati kontekstlərdə fikrin səlis və dəqiq ifadəsi üçün ünsiyyət bacarıqlarını təkmilləşdirən öyrənmə mühiti yaradılır. Peşəkar yazışmalar, akademik diskurs və auditoriya önündə çıxış kimi praktik tətbiqlərə xüsusi diqqət yetirilir. Bu fənn çərçivəsində gələcəyin müəllimlərinə Azərbaycan dilində şifahi ünsiyyət, natiqlik, akademik və işgüzar yazı bacarıqlarının aşılanmasına xüsusi önəm verilir.