Nahidə Həsənova
Bioqrafiya
2009-cu ildə “Azərbaycan dili” ixtisası üzrəfilologiya üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinəlayiq görülmüşdür.
Ölkənin aparıcı orta və ali təhsil müəssisələrində geniş pedaqoji təcrübəyə malikdir. Bakı şəhəri 271 saylı tam orta məktəbdə, Müasir Təhsil Kompleksində, Bakı Dövlət Universitetində Azərbaycan dilinin fonetikası, Azərbaycan dilinin leksikologiyası, Azərbayacn dilinin morfologiyası, Azərbaycan dilinin sintaksisi, Azərbaycan dilindən praktikum, Azərbaycan dilinin nitq mədəniyyəti, Azərbaycan dilinin üslubiyyatı və ritorika, Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, SABAH qruplarında Azərbaycan dilinin tarixi qrammatikası, Bədii mətnin linqvistik təhlili, Azərbaycan dilinin tarixi, Azərbaycan ədəbi dil tarixi, Azərbaycan dilinin üslubiyyatı fənlərini tədris etmişdir.
20-dən çox (monoqrafiya və dərs vəsaitləri daxil olmaqla) elmi nəşrin müəllifidir və bir sıra elmi-tədqiqat layihələrində iştirak etmişdir.
Elmi fəaliyyəti Azərbaycan ədəbi dilinin inkişafına yönəlmişdir.
Təhsili
2003 – 2006
Bakı Dövlət Universiteti
Azərbaycan dili, PhD
1998 – 2000
Bakı Dövlət Universiteti
Türkologiya, Magistr dərəcəsi
1994 – 1998
Bakı Dövlət Universiteti
Filologiya, Azərbaycan dili və ədəbiyyatı, Bakalavr dərəcəsi
Tədqiqat maraqları
- Təsviri metod
- Müqayisəli metod