Fənnin təsviri
Bu fənn müasir Azərbaycan dilinin sintaksisini, sözlərin və söz birləşməsinin cümlə şəklində əlaqələnməsinin qayda-qanunlarını araşdırır. Fənnin tədrisi dilin sintaktik quruluşu, sintaktik əlaqələr, söz birləşmələri, cümlə, cümlənin məqsəd və intonasiyaya görə növləri, cümlə üzvləri (mübtəda, xəbər, tamamlıq, təyin, zərflik), əlavələr, xüsusiləşmələr, cüttərkibli, bütöv və yarımçıq cümlələr, söz-cümlə, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər və birləşmələr, mürəkkəb cümlə və onların növləri, mətn, vasitəli və vasitəsiz nitq, durğu işarələri barədə ətraflı məlumat verir, bu sahədəki təməl bilikləri inkişaf etdirir. Müxtəlif yazılı tapşırıqlar və şifahi müzakirələr vasitəsilə sintaktik təhlil səriştəsi inkişaf etdirilir, praktiki nümunələr əsasında dilin qrammatik qaydalarını və qanunauyğunluqlarını şifahi və yazılı ünsiyyətdə tətbiq etmə bacarığı formalaşdırılır.