Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn Azərbaycan dilinin leksikologiyasına önəm verməklə, dilin lüğət tərkibi, əsas lüğət fonduna daxil olan söz qrupları, Azərbaycan ədəbi dilinin semantik sistemi və s. haqqında geniş təsəvvür yaradır. Fənnin tədrisi prosesində Azərbaycan dilində söz ehtiyatının artırılması və söz əmələ gəlməsi prinsipləri mənimsədilir, dil daxilində sözlərin quruluşu, leksik mənası və istifadəsi araşdırılır. Fənnin tədrisində əhatə olunan mövzulara Azərbaycan dilində leksik kateqoriyalar, söz əmələgəlmə prosesləri, semantik əlaqələr və linqvistik variasiya daxildir. Oxu materialları, müzakirə və praktiki tapşırıqlar vasitəsilə Azərbaycan ədəbi dilinin lüğət tərkibini daha dərindən mənimsəmə, sözlərin müxtəlif linqvistik kontekstlərdə mənalarını təhlil etmək üçün analitik bacarıqları inkişaf etdirmə, fikrin daha səlis ifadəsi üçün leksikologiyanın əhəmiyyətini dərk etmə imkanı yaradılır.