Pedaqoji fakültə

Zamig Tahmazov

Zamiq Təhməzov

Əlavə vəzifəsi
Müəllim

Bioqrafiya

2009-cu ildə “Azərbaycan dili” ixtisası üzrə fəlsəfə doktoru, 2018-ci ildən isə dosent elmi adına layiq görülmüşdür. Hal-hazırda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmlər doktorluğu üzrə doktorantdır və “Dildə lokativliyin ifadəsi” mövzusunda doktorluq dissertasiyasının üzərində işləyir. Ölkəmizin Azərbaycan Müəllimlər Institutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti kimi aparıcı ali təhsil müəssisələrində əsasən pedaqoji ixtisaslarda Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, Nitq mədəniyyəti, Türk dillərinin müqayisəsi, Dilçiliyə giriş, Müasir Azərbaycan dili: fonetika, leksikologiya, morfologiya, sintaksis, Azərbaycan dilinin tarixi qrammatikası və s. fənləri tədris etmişdir. 50-dən artıq elmi məqalənin 3 monoqrafiyanın və bir elmitədqiqat layihəsinin müəllifidir.

Əsas elmi araşdırmaları Azərbaycan və Türk dillərinin qrammatik quruluşunun öyrənilməsinə həsr olunmuşdur.

Təhsili

2005 – 2008

AMEA Nəsimi adına Dilçilik İnstitutu

Azərbaycan dili, PhD

 

2002 – 2004

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Azərbaycan dili, Magistr dərəcəsi

 

1998 – 2002

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Bakalavr dərəcəsi

Tədqiqat maraqları

  • Müasir Azərbaycan dilində köməkçi nitq hissələrinin təsnifi problemləri.
  • Mədəni nitq və onun etik aspektləri.
  • Dildə məkan anlayışı və onun dil səviyyələrində ifadəsinin aspektləri.

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.