Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn müasir Azərbaycan dilinin qrammatik sistemini, özünəməxsusluğunu və digər xüsusiyyətlərini təhlil edir, sözlərin mənası, forması, funksiyası və dəyişilmə qaydalarına görə qruplaşdırılması prinsiplərini mənimsədir. Fənnin tədrisi prosesində sözün mənalı hissələri, kök və şəkilçi, nitq hissələrinin təsnifi prinsipləri haqqında təməl biliklər inkişaf etdirilir, ayrı-ayrı nitq hissələri, onların məna növləri, özünəməxsus xüsusiyyətləri, morfoloji kateqoriyalarına dair daha dərin biliklər verilir, Azərbaycan dilinin morfoloji quruluşu və morfoloji qanunauyğunluqların təhlilini aparma səriştəsi formalaşdırılır. Morfem və onun növlərini fərqləndirmək, mofemlərin sintezi və kontekstual analizi, morfoloji təhlil sahəsində müvafiq vərdişlər yaradılır.