Fənnin tədris edildiyi dil
English and Azerbaijani
Fənnin təsviri
Bu blok əhali sağlamlığının qiymətləndirilməsi, xəstəliklərin profilaktikası, səhiyyə proqramlarının təşkili və icma əsaslı xidmətlərin idarə olunmasına yönəlib. Tələbələr sağlamlıq maarifləndirilməsi, profilaktik qayğı və ilkin səhiyyə xidmətlərinin göstərilməsi üzrə praktik fəaliyyətlərdə iştirak edirlər.
Eyni zamanda epidemioloji nəzarət, məlumatların təhlili, tədqiqat metodları və peşəkar fəaliyyət üzrə kompetensiyalar gücləndirilir və bu, icma səviyyəsində sübuta əsaslanan qərarverməni dəstəkləyir. Tədris prosesi İnfeksion xəstəliklər, Farmakologiya, Tibb bacılığı və qardaşlığının əsasları, Ailə təbabətində tibb bacılığı və qardaşlığı, Tibb bacılığı və qardaşlığı idarəetməsi, Tibb bacılığı və qardaşlığı pedaqogikası, İctimai səhiyyə və Təcili tibb bacılığı və qardaşlığı fənləri üzrə müvafiq bilik və bacarıqların inteqrasiyasına əsaslanır.