Fənnin tədris edildiyi dil
English and Azerbaijani
Fənnin təsviri
Bu klinik blok çərçivəsində tələbələr qadın reproduktiv sağlamlığını, hamiləlik və doğuşun fiziologiyası və patologiyasını öyrənirlər. Ana və uşaq sağlamlığı, doğuş zamanı və doğuşdan sonrakı qayğı, eləcə də reproduktiv sağlamlıq üzrə maarifləndirmə ilə bağlı peşəkar bacarıqlar formalaşdırılır.
İlkin səhiyyə səviyyəsində müşahidə və məlumatların toplanması ilə yanaşı, tələbələr tədqiqat və keyfiyyətin yaxşılaşdırılması üzrə bacarıqlar da inkişaf etdirirlər. Tədris prosesi Farmakologiya, Tibb bacılığı və qardaşlığının əsasları, Mamalıq və ginekologiya üzrə tibb bacılığı və qardaşlığı, Pediatrik tibb bacılığı və qardaşlığı, Ailə təbabətində tibb bacılığı və qardaşlığı, Təcili tibb bacılığı və qardaşlığı və ictimai səhiyyə fənləri üzrə müvafiq kompetensiyaların inteqrasiyasına əsaslanır.