Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn Azərbaycanın zəngin tarixi irsinin dərindən araşdırılmasını təmin edir. Fənnin tədrisi prosesində qədim sivilizasiyaları, orta əsrlər imperiyalarını, mədəni mübadilələri və müasir inkişafı əhatə edən, Azərbaycan xalqının milli kimliyini formalaşdıran əsas hadisələr, tarixlər və mədəni aspektlər nəzərdən keçirilir. İlkin mənbələrin elmi şərhləri əsasında Azərbaycanın tarixi təkamülü və onun müasir cəmiyyətə təsiri haqqında hərtərəfli təsəvvür yaradılır. Mövzulara siyasi formasiyalar, sosial-iqtisadi dəyişikliklər, mədəni nailiyyətlər, Azərbaycanın regional və qlobal kontekstdəki rolu daxildir. Fənnin tədrisində məqsəd gələcəyin müəllimlərini əsl vətəndaş, şəxsiyyət kimi formalaşdırmaq, xalqımızın yüksək dəyərlərinə hörmətlə yanaşmağı təbliğ etmək, qədim soykökünü, doğma yurdumuzun tarixini, zəngin mədəni irsini, maddi-mədəniyyət abidələrini, ədəbiyyatını, incəsənətini dərindən öyrənməklərini və lazımınca təhlil etmək bacarığını aşılamaqdır.