Fənnin tədris edildiyi dil
English and Azerbaijani
Fənnin təsviri
Bu blok tələbələrə peşə maraqları və karyera istiqamətlərinə uyğun şəkildə təşkil olunmuş rotasiyalar vasitəsilə müxtəlif klinik ixtisaslar üzrə bilik və bacarıqlarını dərinləşdirmək imkanı yaradır. Təlim müddətində tələbələr klinik müşahidələrin aparılması, pasiyentin vəziyyətinin qiymətləndirilməsi, qayğı planlarının hazırlanması və icrası, həmçinin ilkin səhiyyə çərçivəsində inteqrasiya olunmuş, pasiyentyönümlü qayğı prinsiplərinin tətbiqini öyrənirlər.
Rotasiyalar klinik mühitdə həyata keçirilir və peşəkar, praktik və tədqiqat kompetensiyalarının gücləndirilməsinə yönəlib. Tələbələr klinik halların təhlili, məlumatların toplanması və sənədləşdirilməsi, interprofessional əməkdaşlıq və pasiyent təhlükəsizliyinin təmin olunması üzrə bacarıqlar əldə edirlər.
Rotasiya proqramı iki mərhələdən ibarətdir:
1. Mərhələ I:
İki həftəlik rotasiyalar:
Təcili tibb bacılığı və qardaşlığı
Cərrahi tibb bacılığı və qardaşlığı
Psixi sağlamlıq üzrə tibb bacılığı və qardaşlığı
Pediatrik tibb bacılığı və qardaşlığı
2. Mərhələ II:
Hər biri bir həftə olmaqla seçmə rotasiyalar:
Qastroenterologiya
Anesteziologiya və reanimasiya
Pulmonologiya
Fizioterapiya və tibbi reabilitasiya
Bu rotasiyalar tələbələrin müxtəlif sahələr üzrə tətbiqi klinik bacarıqlarını inkişaf etdirməyə, ilkin səhiyyə yönümlü yanaşmaları möhkəmləndirməyə və real səhiyyə mühitində tədqiqatyönümlü düşüncə formalaşdırmağa xidmət edir.
Proqramın sonunda tələbələr seçdikləri istiqamətlər üzrə müstəqil pasiyent qayğısı, klinik qərarvermə, komanda işi, effektiv ünsiyyət və icma yönümlü sağlamlığın təşviqi sahələrində peşəkar kompetensiyalar nümayiş etdirirlər.