Fənnin tədris edildiyi dil
English and Azerbaijani
Fənnin təsviri
Bu blok qan, immun, tənəffüs və ürək-damar sistemlərinin inteqrasiya olunmuş quruluş və funksiyasını əhatə edir. Bu sistemlərdə baş verən patofizioloji dəyişikliklər təhlil olunur, ilkin tibbi yardım və icma sağlamlığı kontekstində müşahidə və tədqiqat üzrə baza bacarıqları formalaşdırılır. Məzmun İnsan anatomiyası və tibbi terminologiya, sitologiya, embriologiya və histologiya, tibbi biologiya və genetika, normal fiziologiya və tibbi biokimya fənləri üzrə bilik və bacarıqların möhkəmləndirilməsinə xidmət edir.