Tələbə xoru

Qarabağ Universitetinin İncəsənət Fakültəsinin Xor Kollektivi 2024-cü ildən fəaliyyətə başladığı qısa müddət ərzində musiqi həyatında fəal iştirakı ilə seçilmiş, müxtəlif dövlət və mədəni tədbirlərdə, eləcə də universitetin beynəlxalq forumları və konsert proqramlarında uğurlu çıxışları ilə diqqət çəkmişdir. Kollektivin dirijoru Rüfət Xəlilovun rəhbərliyi altında xor həm milli musiqi irsinin təbliğində, həm də gənc ifaçıların peşəkar inkişafında mühüm rol oynayır. 

Xor kollektivi Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş tədbirlərdə, eləcə də ölkə əhəmiyyətli layihələrdə, o cümlədən “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış etmiş, ali təhsil müəssisələri arasında keçirilən bədii-yaradıcılıq müsabiqə-festivalında isə I yerə layiq görülərək böyük uğur qazanmışdır. Kollektivin repertuarı klassik və müasir əsərləri əhatə edir və bu da onların səhnə mədəniyyətini və ifa ustalığını daha da zənginləşdirir. Bununla yanaşı, xor kollektivi milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində də fəal iştirak edir, gənclər arasında musiqi mədəniyyətinin inkişafına öz töhfəsini verir və gələcəkdə daha geniş beynəlxalq səhnələrdə çıxış etməyi hədəfləyir.

  • Tələbə Xoru
  • Tələbə Xoru
  • Tələbə Xoru

We use cookies in the delivery of our services. To learn about the cookies we use and information about your preferences and opt-out choices, please click here. By using our platform you agree to our use of cookies.