İncəsənət fakültəsi

Bioqrafiya

Aybəniz  Növrəsli 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Tarixi-nəzəriyyə şöbəsini bitirmiş, həmin ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmuşdur. 2008-ci ildə bakalavr (N. Mirişlinin “Mərasim” simfoniya-konserti), 2010-cu ildə isə magistr pilləsini (XX əsr Azərbaycan bəstəkarlarının fortepiano yaradıcılığı) professor Ülviyyə İmanovanın sinfi üzrə fərqlənmə diplomu ilə başa vurmuşdur.
2012-ci ildə Elmira Abbasovanın adını daşıyan musiqişünaslıq müsabiqəsinin qalibi olmuşdur. 2018-ci ildə “Müasir Azərbaycan musiqisi kontekstində Aqşın Əlizadənin üslub axtarışları” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2011–2025-ci illərdə Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasında çalışmış, 2016-cı ildən baş müəllim və elmi katib vəzifələrini icra etmişdir.
Bir sıra kitabların tərtibçisi və redaktoru olmuş, beynəlxalq festivalların təşkilat komitələrində iştirak etmişdir. 2022–2024-cü illərdə M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının konsert şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2024-cü ildən Qarabağ Universitetinin İncəsənət fakültəsində baş müəllim kimi fəaliyyət göstərir.

Təhsili

Bakalavr təhsili: Bakı Musiqi Akademiyası
İxtisas: Musiqişünaslıq
2004–2008

Magistratura: Bakı Musiqi Akademiyası
İxtisas: Musiqişünaslıq
2008–2010

Tədqiqat maraqları

Tarixi musiqişünaslıq; Azərbaycan musiqi tarixi; Musiqi nəzəriyyəsi və analizi; Muğamşünaslıq; Musiqidə mədəniyyətşünaslıq tədqiqatları

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.