Pedaqoji fakültə

Bioqrafiya

Elmi və Pedaqoji Fəaliyyəti

2013-cü ildə riyaziyyat üzrə fəlsəfə doktoru (Phd) elmi dərəcəsinə, 2017- ci ildə dosent elmi adına layiq görülmüşdür.

Hazırda Qarabağ Universitetində riyaziyyat üzrə elmi və pedaqoji fəaliyyətini davam etdirir.

Ölkənin aparıcı ali təhsil müəssisələrində geniş pedaqoji təcrübəyə malikdir. 1996-1998–ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin ekologiya mərkəzində iki illik kurs keçib. 2007-2024 illərdə Azərbaycan Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika institutunun  “Qeyri-harmonik analiz” şöbəsinin əməkdaşı olub. 2015-2016-cı illərdə Bakı Biznes universitetinin  “Ali riyaziyyat” kafedrasının müəllimi olub. 2016-2024-cü illərdə Xəzər Universitetinin “Riyaziyyat” departamentinin saat hesabı qaydasında müəllimi kimi fəaliyyət göstərib. Bu müddət ərzində elementar riyaziyyat, riyazi analiz, ali cəbr, analitik həndəsə, ehtimal nəzəriyyəsi və s. fənlərindən dərs deyib.

Bir çox qrant layihələrinin iştirakçısı olub,  o cümlədən Azərbaycan Respublikası Elm fondunun “Regional ekoloji monitorinq mərkəzi sisteminin  riyazi modelləşdirilməsi və proqram təminatı” qrant layihəsinin icraçısı olub.

30-dan çox elmi nəşrin müəllifidir və bir sıra elmi-tədqiqat layihələrində iştirak etmişdir.

Elmi fəaliyyətinin bir hissəsi kimi, Banax fəzasında sonsuz defektə malik sistemin bazisliyi üçün kriteriya vermiş, sistemin bazisliyi üçün kafi şərtlər tapmışdır. Multiplikator dilində həyəcanlanmış eksponent sistemə və sinus-kosinus sistemlərinə nəzərən  “1/4-Kadets” teoreminin  Lp-analoqunu tapmışdır. Çəkili Lebeq fəzasında sinus-kosinus tipli sistemlərin bazislik xassələri arasında əlaqələr vermişdir.

Təhsili

2017 

Dosent

 

2013 

Riyaziyyat üzrə fəlsəfə doktoru (Phd)

 

1982-1990

Bakı Dövlət Universiteti

Riyaziyyatçı / Riyaziyyat müəllimi

Tədqiqat maraqları

  • Approksimasiya nəzəriyyəsi
  • Bazislər və yaxın bazislər nəzəriyyəsi

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.