Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn biavasitə Riyazi analiz 2 fənninin davamı olub, ümumi riyazi analiz kursunun ədədi və funksional sıralar, çoxdəyişənli funksiyaların diferensial hesabının öyrənilməsinə həsr olunur. Bu fənn çərçivəsində gələcəyin riyaziyyat müəllimləri ədədi və funksional sıraların yığılma əlamətləri, funksional sıraların nöqtəvi və müntəzəm yığılması, yığılan funksional sıraların hədbəhəd inteqrallanması və diferensiallanması, Teylor sıraları ilə tanış olur və bu mövzularla bağlı zəruri hökmlərin isbatlarını öyrənirlər. Xüsusi törəmələr, çoxdəyişənli funksiyaların Teylor sırasına ayrılıışı, çoxdəyişənli funksiyalar üçün maksimum-minimum problemlərin araşdırılması fənin əsas mövzularındandır.