Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn sonluölçülü xətti fəzaların xətti çevirmələrini öyrənir. Əvvəlcə xətti fəzalar aksiomatik daxil edilir. Xətti fəzalarda vektorlar sisteminin xətti asılılığı, xətti asılı olmaması təyin edilir. Bu anlayış vasitəsi ilə xətti fəzaların bazisi, ölçüsü təyin edilir və ölçünün bazis vektorlar sisteminə nəzərən invariantlığı əsaslandırılır. Proqramın sonrakı hissələrində xətti fəzalarda xətti çevirmələr, kvadratik formalar, kvadratik formaların sinqnaturu və ətalət qanunu, xətiti çevirmələrin matrisinin bazisə nəzərən çevrilmələri, evklid fəzaları, onların alt fəzalarının düz cəminə ayrılması və özünəqoşma xətti çevirmələr öyrənilir. Bir qayda olaraq bu fənn tələbələrdə sonsuzölçülü fəzalarda analizin öyrənilməsi üçün baza xarakteri daşıyır.