Qarabağ Universitetinin əməkdaşı sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb
Qarabağ Universitetinin İncəsənət fakültəsinin proqram rəhbəri Gülşən Qasımzadə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə sənətşünaslıq sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Gülşən Qasımzadə "Orta əsr Azərbaycan və Türkiyə saray xalçalarının bədii xüsusiyyətləri" mövzusunda dissertasiya işini uğurla müdafiə edib.
Qarabağ Universiteti olaraq akademik kollektivimizin nailiyyətləri ilə qürur duyur və həmkarımızı səmimi-qəlbdən təbrik edirik!
Share This: