Pedaqoji fakültə

Bioqrafiya

Rahimə Xəlilli Xəzər Universitetində Dilçilik, MBA proqramları üçün İngilis dili və digər akademik istiqamətlər üzrə fənləri tədris etmişdir. Onun tədris fəaliyyəti tələbələrin akademik yazı, tənqidi oxu, elmi üslub və peşəkar ünsiyyət bacarıqlarının inkişafına yönəlmiş müasir və interaktiv metodologiyalara əsaslanır.

Universitet layihəsi çərçivəsində Rahimə Xəlilli Torpaqşünaslıq və Aqrokimya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları üçün ixtisaslaşmış İngilis dili kursları keçmişdir. Bu kurslar beynəlxalq elmi kommunikasiya bacarıqlarının inkişafına və sahəyə uyğun terminologiyanın təkmilləşdirilməsinə yönəlmişdir.

Onun Polşanın Vrotslav şəhərində qazandığı peşəkar təcrübə Navigo İbtidai Məktəbində Finlandiya təhsil modelinin prinsiplərinə əsaslanan interaktiv və tələbəyönümlü İngilis dili dərslərinin keçirilməsini əhatə edir. Bundan əlavə, dil və musiqinin inteqrasiyasına yönəlmiş təlim və seminarlar təşkil etmiş, ritm, vokal və bədən perkussiyası üsullarından istifadə etməklə öyrənmə prosesinin daha yaradıcı və cəlbedici şəkildə qurulmasına töhfə vermişdir.

Təhsili

2018 –2020

Vrotslav Universiteti 

Nəzəri və empirik dilçilik, Magistr dərəcəsi 

 

2012 – 2017

Bakı Mühəndislik Universiteti

İngilis dili və ədəbiyyatı müəllimliyi, Bakalavr dərəcəsi

Tədqiqat maraqları

  • Sözün emosionallığının psixolinqvistik aspektdə araşdırılması
  • Uşağın dil qavrayışı və dilin mənimsənilməsi prosesinin öyrənilməsi
  • Praqmatikistiqamətli tədqiqat mövzuları (nitq aktları, kontekst və məna münasibətləri

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.