Fənnlər

Fənnlər kataloqu

[EDU260] Pedaqogika

Fənnin kodu
EDU260
Kredit
6
Fənnin tədris edildiyi dil
English
Fənnin tipi
Major Core
Fənnin təsviri
Bu fənn pedaqogikanın elm kimi mahiyyətini, əsas anlayışlarını, qanunauyğunluqlarını və müasir təhsil kontekstində tətbiq sahələrini öyrədir. Kursun məqsədi tələbələrdə təlim, tərbiyə və inkişaf proseslərinin qarşılıqlı əlaqəsini anlamaq, pedaqoji nəzəriyyə və praktik bacarıqlar formalaşdırmaqdır. Mövzulara pedaqogikanın tarixi inkişaf mərhələləri, müasir pedaqoji sistemlər və istiqamətlər, müəllim şəxsiyyətinin formalaşması, pedaqoji ünsiyyət və etik dəyərlər, eləcə də tərbiyənin məzmunu və metodları daxildir. Fənn tələbələrdə sinif idarəçiliyi, şagird motivasiyasının artırılması, sosial və emosional inkişafın dəstəklənməsi, həmçinin reflektiv düşünmə bacarıqlarının formalaşdırılmasına xidmət edir. Kurs həmçinin gələcək müəllimlərdə pedaqoji fəaliyyətə yaradıcı, humanist və inklüziv yanaşma formalaşdırır.
Leyla Əliyeva

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.