Pedaqoji fakültə

Bioqrafiya

Hazırda İspaniyanın Universitat Autònoma de Barcelona universitetində Təhsil ixtisası üzrə PhD proqramı çərçivəsində elmi tədqiqat fəaliyyətini davam etdirir. 2024-cü ildə University College London universitetində magistr təhsili almış, bakalavr təhsilini isə Azərbaycan Dillər Universitetində Tərcüməçilik ixtisası üzrə fərqlənmə ilə başa vurmuşdur.

Hazırda Qarabağ Universitetində pedaqogika üzrə müəllim kimi fəaliyyət göstərir, pedaqogika, kurikulum və tədrisin təşkili, eləcə də ictimai nitq fənlərini tədris edir. Ali təhsil və beynəlxalq tədris müəssisələrində pedaqoji təcrübəyə malikdir,  beynəlxalq imtahanlara hazırlıq və dil tədrisi sahəsində uzunmüddətli müəllimlik fəaliyyəti göstərmişdir. 

Elmi maraqları təhsildə keyfiyyətin təminatı, tələbə iştirakı və motivasiyası, kurikulumun inkişafı, yüksək riskli imtahan sistemləri, kölgə təhsil və fərdi repetitorluq fenomeninin təhsil sisteminə təsiri kimi istiqamətləri əhatə edir.

Təhsili

2025 - hazırda

Universitat Autònoma de Barcelona

Təhsil ixtisası, Doktorantura

 

2023-2024

University College London – Təhsil İnstitutu 

Təhsil (Qiymətləndirmə), Magistr dərəcəsi

 

2012-2016

Azərbaycan Dillər Universiteti

Tərcümə (İngilis dili), Bakalavr dərəcəsi

Tədqiqat maraqları

  • Təhsildə keyfiyyətin təminatı və keyfiyyətə nəzarət mexanizmləri
  • Tələbə iştirakı və motivasiya problemləri
  • Kurikulumun inkişafı və tədrisin təşkili
  • Yüksək riskli imtahan sistemləri
  • Kölgə təhsil və fərdi repetitorluğun təhsil sisteminə təsiri
  • Beynəlxalq qiymətləndirmə və imtahan siyasətləri
  • Müəllim peşəkarlığının və pedaqoji səriştələrin inkişafı

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.