Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn gələcək müəllimləri ibtidai sinif şagirdlərinə ingilis dilində ünsiyyət qurmaq bacarıqlarını mənimsətmək üçün effektiv strategiya və üsullarla təchiz edir. Gələcəyin müəllimləri ibtidai sinif şagirdlərinə ingilis dilində danışmaq, dinləyib anlamaq, oxuma və yazmağı öyrətmək üçün sübuta əsaslanan təcrübələri araşdırırlar. Fənnin tədrisi prosesində azyaşlıların öyrənmə ehtiyaclarına və milli mənşəyinə müvafiq dəstəkləyici və inklüziv dil öyrənmə mühitinin təşviqinə xüsusi diqqət yetirilir. Gələcəyin ibtidai sinif müəllimləri təcrübələr, oyun və müxtəlif əyləncəli fəaliyyətlər vasitəsilə uşaqların xarici dildə ünsiyyət bacarıqlarını təkmilləşdirmək, lüğət ehtiyatını zənginləşdirmək üçün cəlbedici və effektiv ingilis dili dərslərinin təşkilinə lazım olan müvafiq bacarıqlar əldə edirlər. Mövzulara dərsin planlaşdırılması, kurikulumun dizaynı, diferensiallaşdırılmış təlim, qiymətləndirmə metodları və texnologiyanın dil tədrisinə inteqrasiyası daxildir.