Fənnin tədris edildiyi dil
English
Fənnin təsviri
Bu fənn ingilis dilinin qrammatik quruluşunu, əsas kateqoriyalarını və onların ünsiyyətdə rolunu öyrədir. Fənn çərçivəsində nitq hissələri, zaman formaları, cümlə quruluşu, söz birləşmələri, morfoloji və sintaktik qaydalar sistemli şəkildə təhlil olunur. Qrammatik qaydaların ünsiyyət bacarıqlarının (dinləmə, danışma, oxu və yazı) inkişafında rolu, onların düzgün tətbiqi və kontekstə uyğun istifadəsi üzərində xüsusi diqqət yetirilir. Tələbələr ingilis dilində qrammatik normaları şərh etməyi, onları şifahi və yazılı nitqdə tətbiq etməyi, həmçinin qrammatik strukturların kommunikativ funksiyalarını qiymətləndirməyi öyrənirlər.