Fənnin tədris edildiyi dil
English
Fənnin təsviri
Bu fənn ingilis dilinin səs sistemini, fonetik və fonoloji vahidlərini, onların artikulyasiya və akustik xüsusiyyətlərini öyrədir. Fənn çərçivəsində samit və sait səslərin təsnifatı, vurğu, intonasiya, ritm və prosodiyanın nitqdə rolu araşdırılır. İngilis dilinin fonetik və fonoloji normalarının düzgün tələffüzün formalaşdırılmasında, ünsiyyətin səlis və anlaşıqlı olmasında əhəmiyyəti vurğulanır. Tələbələr səslərin fonetik transkripsiyasını oxumağı və yazmağı, düzgün intonasiya modellərindən istifadə etməyi, həmçinin fonoloji qanunauyğunluqları şifahi və yazılı nitqdə tətbiq etməyi öyrənirlər.