Məhər Məhərrəmov
Bioqrafiya
Məhərrəmov Məhər 2009-cu ildə Qafqaz Media İctimai Birliyinin dəstəyi ilə Bakı şəhərində Müasir İncəsənət Qalereyasında “Xəyallar Gerçəkləşir” adlı ilk fərdi sərgisini keçirmişdir. 2011–2012-ci illərdə Tovuz rayonunda yerləşən Türkel televiziyasında “Göy Qurşağı” proqramında aparıcı kimi fəaliyyət göstərmiş, 2012-ci ildə Park Bulvarın dəstəyi ilə Bakı şəhərində “Yeddi Gözəl Həftəsi” adlı ikinci fərdi sərgisini təşkil etmişdir. 2012–2013-cü illərdə Gəncə Tekstil Kombinatının nəzdində Buta Xalçaçılıq Mərkəzində xalçaçı rəssam kimi çalışmış, 2013-cü ildən Azərbaycan Rəssamlar İttifaqının gənc üzvü olmuşdur. 2013–2014-cü illərdə Şəmkir şəhərində Zəka Gənclərin İntelektual İnkişafı və Yaradıcılıq Mərkəzində rəsm qalereyasının rəhbəri və müəllimi vəzifələrində fəaliyyət göstərmişdir. 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 3-cü Rant müsabiqəsində “Xəmsə” adlı fərdi sərgi layihəsi ilə qalib olmuş və 2014-cü ildə Muzey Mərkəzində 40 ədəd şüşə üzərində rəsm əsərlərini əhatə edən 3-cü fərdi sərgisini həyata keçirmişdir. 2014–2018-ci illərdə S.Q. Stroqanov adına Rusiya Dövlət Rəssamlıq və Sənaye Universitetində Bədii Şüşənin Tərtibatı ixtisası üzrə bakalavr, 2018–2020-ci illərdə isə magistr təhsilini tamamlamışdır. 2022–2023-cü illərdə Rusiya Federasiyasında Ayn Color şirkətində Art direktorun müavini vəzifəsində çalışmış, 2023-cü ildə Stroqanov Universitetində Kompüter Texnologiyaları və Qrafik Dizayn üzrə əlavə təhsil almışdır. 2024-2025-ci illərdə Azərbaycan Rəssamlıq Akademiyasında “Sabah” qrupları layihəsində pedaqoji fəaliyyət göstərmişdir.
Təhsili
Bakalavr: S.Q. Stroqanov adına Rusiya Dövlət Rəssamlıq və Sənaye Universiteti
İxtisas: Dekorativ-tətbiqi sənət (Şüşənin bədii tərtibatı üzrə)
2014-2018
Magistratura: S.Q. Stroqanov adına Rusiya Dövlət Rəssamlıq və Sənaye Universiteti
İxtisas: Dekorativ sənət (Şüşənin bədii tərtibatı üzrə)
2018-2020
Mükafatlar
Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə "Azərbaycan bayrağı" Mükafatı Laureatı
Tədqiqat maraqları
Azərbaycan dekorativ-tətbiqi sənətinin bədii şüşə sənəti ilə sintezi