İncəsənət fakültəsi

Bioqrafiya

Rəhimova Lətifə İsa qızı 11 fevral 1960-cı ildə Şuşa şəhərində anadan olmuşdur. 1967-ci ildə Şuşa şəhər 2 nömrəli orta məktəbdə təhsil almağa başlamışdır. 1976-cı ildə Xankəndi şəhərində yerləşən musiqi texnikumunun musiqi nəzəriyyəsi fakültəsinə daxil olmuş, 1980-ci ildə musiqi nəzəriyyəsi və ümumi fənn müəllimi ixtisası üzrə məzun olmuşdur.
Əmək fəaliyyətinə Şuşa internat məktəbində başlamış, sonrakı illərdə Şuşa Mədəni-Maarif Texnikumunda və M.M. Nəvvab adına Musiqi Texnikumunda nəzəri fənləri tədris etmişdir. 1988-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsinə qəbul olunmuş və 1993-cü ildə həmin ali təhsil müəssisəsini bitirmişdir. 1998-ci ildə aspiranturaya daxil olmuş, 2003-cü ildə təhsilini başa vurmuşdur.
1992-ci il hadisələrindən sonra məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmış və müxtəlif musiqi təhsil müəssisələrində pedaqoji fəaliyyətini davam etdirmişdir. Uzun illər ərzində Azərbaycan musiqi təhsilinin inkişafına öz töhfəsini vermişdir.

Təhsili

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası
İxtisas: Musiqişünaslıq
1988–1993

Tədqiqat maraqları

Azərbaycan xalq musiqisi; Musiqi nəzəriyyəsi; Ənənəvi musiqinin lad-intonasiya təhlili; Muğamşünaslıq.

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.