Günel Əzizova
Bioqrafiya
Əzizova Günel Mehman qızı 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini Sumqayıt şəhər Q.Qarayev adına Uşaq Musiqi Məktəbində almış, daha sonra Bakı şəhəri G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbində davam etdirmişdir. 2015-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmuşdur.
2019-cu ildə musiqişünaslıq ixtisası üzrə bakalavr (Niyazinin “Rast” simfonik muğamında polifonik təzahürlər), 2021-ci ildə isə musiqi nəzəriyyəsi ixtisası üzrə magistr (M.Umudovun “Tar və simfonik orkestr üçün konsert” əsərinin violin transkripsiyası) pillələrini professor Elnarə Dadaşovanın sinfində fərqlənmə diplomu ilə bitirmişdir.
Respublika səviyyəli yazı müsabiqələrinin qalibi olmuş, beynəlxalq elmi-praktik konfranslarda iştirak etmiş və “Azərbaycan ifaçılıq sənəti: tarixin səhifələri” adlı 3 cildlik nəşrdə tərcüməçi kimi çıxış etmişdir. Müxtəlif elmi-publisistik məqalələrin müəllifidir.
2022–2024-cü illərdə müəllimlik fəaliyyəti göstərmişdir. 2024-cü ildən Qarabağ Universitetinin İncəsənət fakültəsində akademik məsləhətçi, 2025-ci ildən isə müəllim kimi fəaliyyət göstərir və universitetin elmi-mədəni tədbirlərində fəal iştirak edir.
Təhsili
Bakalavr təhsili: Bakı Musiqi Akademiyası
İxtisas: Musiqişünaslıq
2015–2019
Magistratura: Bakı Musiqi Akademiyası
İxtisas: Musiqi nəzəriyyəsi
2019–2021
Mükafatlar
Musiqi nəzəriyyəsi; Tarixi musiqişünaslıq; Azərbaycan musiqisi üzrə tədqiqatlar; Musiqi analizi; Lad sistemləri və muğamşünaslıq.