Urfan Əliyev
Bioqrafiya
Riyaziyyat ixtisas üzrə 2021-ci ildə bakalavr, 2023-cü ildə magistr səviyyələrini fərqlənmə diplomu ilə bitirmişdir. 2025-ci ildən Bakı Dövlət Universitetində “Ehtimal nəzəriyyəsi” ixtisası üzrə qiyabi doktorantura təhsili alır.
Hazırda doktorantura proqramı çərçivəsində elmi tədqiqat fəaliyyətini davam etdirir.
Ölkənin aparıcı ali təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərmişdir. Xəzər Universitenin “Təbiət elmləri və mühəndislik” fakültəsində, Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsində “Ehtimal nəzəriyyəsi və riyazi statistika” fənlərini tədris etmişdir.
10-dan çox elmi nəşrin müəllifidir və bir sıra elmi-tədqiqat layihələrində iştirak etmişdir.
Elmi fəaliyyəti təsadüfi proseslər nəzəriyyəsinə yönəlmişdir.
Təhsili
2025-davam edir
Bakı Dövlət Universiteti
Tətbiqi riyaziyyat və kibernetika fakültəsi, Ehtimal nəzəriyyəsi
Riyaziyyatçı / Riyaziyyat müəllimi, Doktorantura
2021-2023
Bakı Dövlət Universiteti
Ehtimal nəzəriyyəsi və riyazi statistika, Magistr dərəcəsi
2017-2021
Bakı Dövlət Universiteti
Riyaziyyat. Bakalavr dərəcəsi
Tədqiqat maraqları
- Təsadüfi proseslərin ehtimal xarakteristikalarının tədqiqi
- Diskret müdaxiləyə malik təsadüfi proseslərin erqodik nəzəriyyəsi
- Təsadüfi proseslərin qalıq paylanmalarının yüngül və ağır qalıqlı paylanmalar sinifində tədqiqi