Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənnin məqsədi riyazi məntiq və diskret riyaziyyatın əsas anlayış və metodlarını öyrənməkdir. Fənn çərçivəsində çoxluqlar və onlar üzərində əməllər, onların xassələri, məntiq cəbri, mülahizə anlayışı və onun növləri, mülahizələr üzərində məntiqi əməllər öyrənilir, məntiq cəbrinin düsturları, onlarin qiymətlərinin hesablanması qaydaları və buna aid nümunələr verilir. Məntiq cəbrinin eynigüclü, eyniliklə doğru və eyniliklə yalan düsturları, məntiq əməlləri qanunları, ikilik qanunu, düsturun eynigüclu çevirmələr, Bul cəbri və həllolunabilmə problemi kimi fundamental anlayış və qanunları fənnin əsas mövzularına daxildir.