Pedaqoji fakültə

Sabina Jafarzada

Səbinə Cəfərzadə

Əlavə vəzifəsi
Biologiya laboratoriyanın müdürü

Bioqrafiya

2023-cü ildə “Bio-ekologiya” ixtisası üzrə biologiya üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülmüşdür.

Hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Molekulyar Biologiya İnstitutunda “Mikrobiologiya” ixtisası üzrə elmlər doktoru proqramı çərçivəsində elmi tədqiqat fəaliyyətini davam etdirir.

Ölkənin aparıcı ali təhsil müəssisələrində geniş pedaqoji və tədqiqat təcrübəsinə malikdir. Bakı Dövlət Universitetində, Qərbi Kaspi Universitetində və AR ETN Botanika və Mikrobiologiya İnstitutlarında fəaliyyət göstərmişdir. 

70-dən çox elmi nəşrin (monoqrafiya) müəllifidir və bir sıra elmi-tədqiqat layihələrində iştirak etmişdir.

Elmi fəaliyyəti ektromofil orqanizmlərdən alınan bioloji aktiv maddələrin ekolo-biotexnoloji xüsusiyyətləri və onların biotibbi tətbiqlərinə yönəlmişdir. Həmçinin AEF-da “Əsas Qrant müsabiqəsi -2025” qalibidir.

Beynəlxalq təcrübələrə gəldikdə isə Almaniya birgə layihəsində Metanogen birliklərin tədqiqi üzrə layihə rəhbəri, həmçinin EU Horizon və COST proqramları çərçivəsində (15 proqram), Antimikrob Rezistentliyi (One Health Approach), kənd təsərrüfatı mikrobiomları, davamlı enerji, antibiotiklərə davamlı bakterial infeksiyalar və yaşıl iqtisadıyyat mövzularında beynəlxalq layihələrin iştirakçısıdır.

Türkiyədə müxtəlif Universitetlərdə (İstanbul Universiteti, Haliç Universiteti, Beykent Universiteti, Nişantaşı Universiteti, Altınbaş Universiteti, İzmir Demokrasi Universitetlərində müxtəlif Biofizika Molekulyar Biologiya və Tibbi mikrobiologiya üzrə təcrübə proqramlarında), Polşada (IBL-Instytut Badawczy Lesnictwa 3D ForEcoTech), Almaniyada (ZALF-Berlin & Muncheberg Root Benefit), Albaniyada (EURESTOP Wg Meeting), Gürcüstanda (Sokhumi State University-Scientific National Academy of Abkhazia NLP) EU tərəfindən maliyyələşdirilən beynəlxalq təcrübə proqramlarında və konfranslarda iştirak etmişdir.

Təhsili

2023

Biologiya üzrə fəlsəfə doktoru

 

2014 – 2018

Bakı Dövlət Universiteti

Doktorantura təhsili

 

2010 – 2012

Bakı Dövlət Universiteti

Biologiya – Bioekologiya, Magistr dərəcəsi

 

2006-2010

Bakı Dövlət Universiteti

Biologiya / Biologiya müəllimi, Bakalavr dərəcəsi

Tədqiqat maraqları

  • Ekstremofil mikroorqanizmlər  və fermentlərin, fosfat həll edən mikroorqanizmlərin öyrənilməsi, həmçinin eko-, hüceyrə- və mikromolekulyar səviyyədə baş verən proseslərin tədqiqi
  • Arbuskulyar mikoriza göbələkləri və torpaq–bitki mikrobioloji əlaqələrinin eko-fizioloji və hüceyrəvi mexanizmlərinin araşdırılması
  • Bioremediasiya strategiyalarının və davamlı aqrobiotexnoloji yanaşmaların işlənib hazırlanması, çirklənmiş torpaqların bioloji üsullarla bərpası
  • Meşə və arid ekosistemlərin deqradasiya proseslərinin, eləcə də bitki ekologiyasının müxtəlif struktur səviyyələrdə (ekosistem, hüceyrə, mikromolekulyar) kompleks tədqiqi

Xidmətlərimizi təmin etmək üçün kukilərdən istifadə edirik. İstifadə etdiyimiz çərəzlər və seçimləriniz və rədd etmə üsullarınız haqqında məlumat əldə etmək üçün buraya vurun. İnternet səhifəmizi ziyarət edərkən kukilərdən istifadə etməyimizi qəbul edirsiniz.