Fənnin tədris edildiyi dil
Azerbaijani
Fənnin təsviri
Bu fənn bir sıra müstəqil və bir-biri ilə sıx əlaqədar olan – bakteriologiya, virusologiya, mikologiya, protozoologiya kimi sahələri əhatə edir, bakteriyaların, virusların, ibtidai göbələklərin, protozoaların quruluşunu, həyat fəaliyyəti, çoxalması, ekologiyası və təsnifatı ilə tanış edir. Tələbələr mikroorqanizmlərin insan, heyvan və bitkilərlə qarşılıqlı əlaqələrini, onların xəstəlik törədici və faydalı funksiyalarını, biotexnologiya və kənd təsərrüfatında tətbiq imkanlarını uyğun fənlərlə inteqrativ formatda mənimsəyirlər. Virusların quruluşu, çoxalma mexanizmləri, müxtəlif virus qruplarının biologiyası və onların sağlamlıq, ekoloji tarazlıq və bioloji tədqiqatlardakı rolu ayrıca izah olunur. Məqsəd mikrobiologiya sahəsində fundamental bilik bacası formalaşdırmaq və bu bilikləri təcrübədə tətbiq etmək üçün zəruri bacarıqlar aşılamaqdır.